Aysunun keçmiş əri ilə görüntülənən Müjgan: Öyrədiblər ki... - VİDEO, FOTO

İfaçı Aysunun keçmiş əri Eşqinin Müjganla görüntülənməsi barədə məlumat vermişdik.

Milli.Az xəbər verir ki, ifaçı Müjgan ARB tv-də məsələyə münasibət bildirərkən Eşqinin onun çətin günlərində yanında olduğunu söyləyib.

"Bizə öyrədiblər ki, kişi olan yerdə qadın danışmaz, bircə onu deyə bilərəm ki, Eşqin çətin günlərimdə yanımda olub".

Qeyd edək ki, Eşqin sevgili olmaları ilə bağlı iddiaları təkzib edib.

20.11.2023 23:09
1852