Aysun: Qapı açıqdır, yaxşı yol

Ramil Vəliyevdən ayrılan müğənni Aysun İsmayılova Tarixin bir günü" verilişində xəyanət barədə danışıb.

O deyib: "Mən o qədər zəif qadın deyiləm ki, kimisə məndən artıq tutub kiməsə getsinlər. Gedirsə də, qapılar açıqdır, yaxşı yol. Xəyanəti edən insan itirmiş olur və özü-özünü aldadır.

Sevdiyim insanın ürəyi başqasını istəyib gedibsə, deməli, o ürəkdə mən yoxam. Başqasına toxunub sonra mənə toxuna bilməz. Özümü kirli hiss edərəm, o insandan diksinərəm. Gözümün önünə gətirərəm ki, mənimlə yaşadıqlarını başqası ilə də yaşayır. O an onu bitirərəm"./bizim.media

21.03.2025 23:10
1031