Müğənni Rəqsanə İsmayılova illər öncə intihara cəhd edib.
Musavat.com xəbər verir ki, bu barədə sənətçinin qızı Aysun İsmayılova danışıb.
"Yadımdadır ki, 2-3 yaşımda heç nəyin üstündə atam anamı döymüşdü. Həmin vaxtlarda Moskvada yaşayırdıq. Onu bilirəm ki, anam özünü öldürmək istəmişdi. Xalam gəldi, onu təcili yardımla apardılar. Evdə mənə xalam baxdı", - deyə Aysun bildirib.