Aysun HAZIRLIQ GÖRÜR: "Tanınmış simalardan yeganə insanlardanam ki..."

“Çox sayda mesaj alıram, yazırlar ki, niyə hamiləliyinlə bağlı hər şeyi paylaşırsan? Mənim yerimdə kim olsaydı, 9 ay özünü bununla reklam edərdi”.

Bu sözləri müğənni Aysun İsmayılova deyib.

O, ünvanına yazılan şərhlərə cavab verib:

“Mən isə 9 ayın 4 ayını işlədim, indi dincəlirəm, instaqramda belə aktiv deyiləm. Kənara çəkilmişəm, ən gözəl anlarımı yaşayıram. Heç nə paylaşmamışam. Tanınmış simalardan yeganə insanlardanam ki, bununla gündəmə gəlməməyə çalışdım. Mahnı çıxaranda iki-üç efirə çıxdım, onda da sual veriləndə üstüörtülü danışdım. Sayılı günlər qalıb. Bilirəm, bəziləri çox istədiklərindən yazırlar. Amma bilmirəm, bəziləri nə yeyib içir. Uşaq otağını hazırlayıram, paylaşıram. Yazırlar, bu nədir paylaşırsan? Niyə paylaşmayım?!” (Publika.az)

21.07.2024 19:27
897