"Avroviziya-2009" təmsilçimiz Aysel Teymurzadənin boşanma xəbəri yayılıb.
Musavat.com xəbər verir ki, bu iddialardan sonra müğənni sosial şəbəkə hesabında paylaşım edib.
O, Azərbaycan Dövlət Filarmoniyasındakı tədbirdən paylaşdığı görüntülərə həyat yoldaşını - filarmoniyanın direktoru, Xalq artisti Murad Adıgözəlzadənin hesabını işarələyərək ürək emojisi qoyub.