Aysel Süleymanova vəzifəsindən ayrıldı

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İctimaiyyətlə əlaqələr və kommunikasiya idarəsinin rəisi Aysel Süleymanova vəzifəsindən ayrıldı.

Musavat.com xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesabında məlumat paylaşıb.

A.Süleymanova bildirib ki, işdən çıxmağına səbəb başqa iş təklifi almasıdır.

Qeyd edək ki, o, 2023-cü ilin sentyabrında bu vəzifəyə təyin edilmişdi.

Musavat.com

01.02.2024 12:08
1474