Ayrıldığı xanımı ilə növbəti görüşündən yazdı

Xalq artisti Yusif Eyvazov son günlər keçmiş həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko ilə bağlı paylaşımlarıyla gündəmdən düşmür.

Musavat.com axşam.az-a istinadən xəbər verir ki, ayrılandan sonra tanınmış sənətçilər artıq bir neçə dəfə dünya opera səhnələrində birgə çıxış ediblər. Yusif isə həmin çıxışlarla bağlı Annanın ünvanına təriflər yazaraq paylaşımlar edib.

Bu dəfə isə opera ifaçısı keçmiş xanımı ilə növbəti görüşünü anons edib. O bildirib ki, növbəti birgə çıxışı payızın ilk günündə baş tutacaq.

Y. Eyvazov "Sentyabrın 1-də Buxarestdə "Puccini Masters Of Classic" Qala konsertimizi səbirsizliklə gözləyirəm. Anna Netrebko, Ceromi Boutilier, Pumeza Matşikisa ilə səhnədə, dirijor stendində maestro Mikelancelo Mazza Sofiya Filarmonik Orkestri və Ruse Opera Teatrının xoru ilə. Orada görüşənədək" deyə, paylaşımında yazıb.

Qeyd edək ki, cütlük iyunun 26-da 10 illik evliliklərinə son qoyduqlarını açıqlayıblar.

30.08.2024 10:39
781