Əməkdar artist Aybəniz Haşımovanın qızı, tanınmış influenser Aynişan Quliyevanın səhhəti pisləşib.
Musavat.com publika.az-a istinadən xəbər verir ki, bu barədə instaqramda bir milyon yarımdan çox izləyicisi olan influenser özü məlumat paylaşıb. Bir müddətdir səsinin batdığını deyən məşhur, xəstəxanada ciddi müayinələrdən keçdiyini bildirib.
"Bir az xəstə idim, bir az yox, çox xəstə idim. Ümumiyyətlə danışa bilmirdim. Düşündüm ki, bu neqativ halımla sizinlə heç nə paylaşımayım. Ən yaxşı yol bir müddət heç nə paylaşmamaq və sağalmaq idi. Nisbətən sağalmışam. Hərtərəfli yoxladılar, kompüter tomoqrafiyasına belə saldılar.
Vəziyyət o qədər ağır idi ki, düşünürdüm ki, bəlkə başqa bir şey var. Anama çox təşəkkür edirəm, bu dönəmdə mənə elə gözəl baxdı ki, əvvəlkindən də daha yaxşı oldum. Çalışın xəstələnməyin, çox qəribə xəstəlikdir. Düşünürsən ki, sağalırsan, sonra yenidən başlayır", - sosial media hesabında Aynişan bildirib.