Aynişan anası ilə VİDEO paylaşıb bunları yazdı

İnfluenser Aynişan Quliyeva anası, Əməkdar artist Aybəniz Haşımova ilə bağlı paylaşım edib.

Valideyni ilə birlikdə kamera qarşısına keçən bloger anasını və bütün qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.

“O, mənim qadınlıq gücümün, öz ayaqlarım üstündə dayanmağın, sevginin və böyüməyin ən gözəl nümunəsidir. Mənə öyrətdiyi ən dəyərli dərs – insan heç kimə arxayın olmadan öz gücünü tapıb inkişaf etməlidir. Və ən əsası, anam mənə sevgini öyrətdi – ən saf, ən dərin, ən həqiqi sevgini... Bayramımız mübarək!”   (Olay)

08.03.2025 17:55
1052