Aylardır qəzalı vəziyyətdə olan Saray körpüsü bağlanır? - AÇIQLAMA

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpünün təmirə bağlanacağı bildirilir.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.

"Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpünün təmirə bağlanacağı ilə bağlı məlumatlar həqiqətə uyğun deyil".

Musavat.com bildirir ki, bu məlumatı Oxu.Az-a açıqlamasında Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev deyib.

"Körpünün bağlanması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Körpüyə gedən yolda qaz xəttinin çəkilməsi ilə bağlı tədbirlər görülür. Yol açıqdır", - deyə E.Qocayev vurğulayıb.

17.09.2024 16:55
358