Ayı Primorskda bağ evində ata və oğlunu parçalayıb

Rusiya Federasiyasının Primorsk diyarının Pojarski rayonunda bağ evində ata və oğul vəhşi ayının hücumuna məruz qalıb, nəticədə kişilər ölüb.

Musavat.com Rusiya meidiasına istinadla xəbər verir ki, bu barədə sentyabrın 23-də İstintaq Komitəsinin (İK) regional qərargahından məlumat verilib.

İlkin məlumata görə, vəhşi heyvan 87 yaşlı atanın və onun 56 yaşlı oğlunun olduğu evə girərək ev sahiblərinə hücum edib. Zərərçəkənlər aldıqları xəsarətlərdən yerindəcə keçiniblər.

“İstintaq Komitəsinin Primorsk ərazisi üzrə idarəsinin istintaq orqanları kənddəki bağ evində iki nəfərin ölümü ilə bağlı istintaqa qədərki yoxlama təşkil edib”, - mesajda deyilir.

İstintaq Komitəsinin əməkdaşları hadisə yerinə baxış keçirib və hadisə şahidləri dindirilib. Yoxlamanın nəticələrinə əsasən prosessual qərar qəbul ediləcək.

Musavat.com

23.09.2024 12:43
653