Azərbaycan jurnalistikasının görkəmli siması, “Prime TV”nin rəhbəri Aygün Muradxanlının yubiley doğum günüdür.
Bu münasibətlə Aygün xanımı “Yeni Müsavat” Media Qrupu olaraq ürəkdən təbrik edirik.
Aygün Muradxanlı 19 yaşından etibarən mediadadır. İlk iş yeri Səhiyyə Nazirliyinin “Şəfqət” qəzeti olub. 1992-ci ildə artıq ölkəyə səs salan “Press-fakt” qəzetinin yaradıcı heyətində idi, siyasi gündəmin mərkəzi olan parlamentdən reportajlar hazırlamağa başlamışdı. Aygün Muradxanlı 31 ildir Azərbaycan mediasındadır. Bu müddətin 10 ilindən çoxunu “Yeni Müsavat” Media Qrupunda çalışıb. “Yeni Müsavat” qəzetinin parlament müxbiri olub.
Əziz həmkarımızı, dəyərli dostumuzu, iş yoldaşımızı ürəkdən təbrik edir, ona can sağlığı, uzun, sağlıqlı ömür, daha böyük uğurlar arzu edirik.
“Yeni Müsavat” Media Qrupu