Aygün Kazımovanın milyonları... - VİDEO

Xalq artisti Aygün Kazımova son bir neçə ildir görünüşü, oxuduğu mahnıları, verdiyi konsertləri və çəkdirdiyi klipləri ilə gündəmdən düşmür. 

Pop kraliçanın oxuduğu mahnıların hər biri hitə çevrilir. "Parol", "Bilmək olmaz", "Vəfasızlar", "Sağsalamat" aylardır dillər əzbəridir. 

Kazımovanın sonuncu dəfə təqdim etdiyi "S.O.S" isə balacadan böyüyə hər kəsin dilindədir. Getdiyimiz hər restoranda, istirahət mərkəzində, gözəllik salonunda, küçədə, bir sözlə hər yerdə "S.O.S" səsləndirilir. 

Aygün son bir neçə ildir oxuduğu mahnılarla yutubda milyonlarla baxış toplamağı bacarıb. Pop kraliçanın ifaları bir çox dijital platformalarda birinci sıradan qərarlaşmağı bacarıb. 

Divanın "Qorxuram" adlı mahnısı yutubda 18 milyon baxış sayı toplayıb. "Qorxuram"dan cəmi 1 ay sonra təqdim edilən "Vəfasızlar unudulmur" mahnısı isə qısa zamanda milyonu keçib. Hazırda isə 12 milyondan çox baxış sayı var. 

A.Kazımovanın ötən ilin sentyabrında dinləyicilərinin ixtiyarına verdiyi "Parol" mahnısı da hitə çevrilib və 20 milyon baxışı keçib. "Bilmək olmaz" hiti də yutubda 14 milyondan çox izlənilib.

Klipi Türkiyədə çəkilən və yanvarda təqdim olunan "Sağ-salamat" 7,1 milyon dəfə izlənilib. 

Pop kraliçanın sonuncu "S.O.S" hiti isə 2 ay içərisində 18 milyondan çox baxılıb. (Axşam.az)

12.09.2024 14:12
5273