Aygün Kazımovadan Vaqif Gərayzadə ilə bağlı maraqlı paylaşım - VİDEO

Xalq artisti Aygün Kazımova müəllimi, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə ilə bağlı maraqlı paylaşım edib.

Pop kraliça müəlliminin ad gününü təbrik edib.

Kazımova paylaşımına “Yaradıcılığımda böyük imzası olan əziz müəllimim, sevimli bəstəkarım, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə - doğum gününüz mübarək. İllərdir sevdiyiniz Vaqif Gərayzadə hitlərini sizinlə bölüşürəm” sözlərini yazıb.

Müğənni repertuarındakı Gərayzadənin müəllif olduğu mahnıları yayımlayıb.  (Axşam.az)

28.03.2025 21:56
2209