Aygün Kazımovadan Röya və Tünzalə açıqlaması

Xalq artisti Aygün Kazımova həmkarları Tünzalə Ağayeva və Röya Ayxanla bağlı açıqlaması ilə diqqət çəkib.

Pop kraliçaya "Tarixin bir günü" verilişində aparıcılar suallar ünvanlayıb.  

Aparıcı Vüsalə Əlizadənin "Şou-biznes məktəbinin direkotru olan Aygün Kazımova kimi özünə müavin seçərdi, kimi işdən çıxardardı" sualına Kazımova belə cavab verib:

"Həyat özü məktəb, universitetdir. Hamımız imtahan veririk. Özümə iki yardımçı seçməliyəm: Röya və Tünzaləni köməkçi seçərdim. Güvəndiyim müavinlər onlar olardı. Hər ay kimi dələduzluq edərsə, onu qovardım. Gərək kimsə səhv etsin ki, onu sinifdə saxlayaq" .  (Axşam.az)

07.03.2025 17:55
6301