Aygün Kazımovadan illər sonra gələn etiraf

Xalq artisti Aygün Kazımova “Sənsiz bir günüm olmasın” mahnısı ilə bağlı etiraf edib.

Bu haqda Pop kraliça “Hər zaman musiqi” verilişində danışıb.

O bildirib ki, 1997-ci ildə lentə aldırdığı klipdə 4 dəqiqədə 57 obraz yaradıb:

“Klipin rejissoru Loğman Kərimovdur. Orada 57 obrazdan istifadə etmişəm. Kinostudiyanın ekibi klipi çəkib. Rejissor deyəndə ki, Aygün, 57 obraz yaradacaqsan. Dedim, nə danışırsınız, məndə 57 paltar yoxdur”. (Axşam.az)

12.10.2024 13:01
729