Aygün Kazımova yeni eşqə düşüb? - Sirli paylaşım

Xalq artisti Aygün Kazımova maraqlı paylaşımı ilə diqqət çəkib.

Pop kraliçası bənövşəyi uzun libasda kamera qarşısına keçib. Sinə dekolteli, uzun şleyfli geyimdə göz qamaşdırıb.

Müğənni videosunu "Sən haradan gəldin?" qısa şərhi ilə paylaşıb.

Onun bu sualı kimə ünvanlandırdığı məlum olmayıb. Tamaşaçılardan “Aygün Kazımova eşqə düşüb?” şəklində şərhlər gəlib./Lent.az 

10.09.2024 18:05
717