“Moskvada baş verən dəhşətli hücumda həlak olanların ailələrinə Allahdan səbr, yaralılara tezliklə sağalmalarını diləyirəm”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova instagram hesabındakı paylaşımında qeyd edib. O, həmçinin, Emin Ağalarov və konserti təxirə düşən həmkarı Röya Ayxandan da bəhs edib:
“Moskvada baş verən dəhşətli hücumda həlak olanların ailəsinə Allahdan səbr, yaralıların tezliklə sağalmalarını diləyirəm. Allah Rusiyada yaşayan, çalışan bütün həmvətənlərimizi qorusun. Dostum Eminə bu çətin anlarda səbr diləyirəm. Yaşadıqlarının nə qədər ağır olduğunu anlayıram. Ümid edirəm ki, tezliklə günahkarlar öz cəzasını alacaqlar.
Ötən gün “Vegas City Hall”da çıxış etmək üçün yol alan həmkarım Röyaya çox keçmiş olsun. Şükürlər olsun, həmvətənlilərimiz sağ və salamatdırlar. Dünyamız sağ-salamat olsun, Amin” .