“Aygün Hümmətovanın (Bəylər) ölüm xəbərini ya Səhiyyə Nazirliyi, ya da TƏBİB təsdiqləməlidir”.
Bunu Musavat.com-a Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova deyib.
“Aygün Bəylərin köməkçisi yanında idi, o bizə dedi ki, vəziyyəti ağırdır, amma nəfəs alır, canı üstündədir. Onu niyə öldürürlər, başa düşmürəm? Hazırda süni nəfəs aparatındadır. Vəziyyəti ağırdır deyə Bakıya gətirirlər”, - A.Kərimova qeyd edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu isə bildirib ki, Aygün Bəylər Türkiyədə olduğuna görə məsələnin TƏBİB-lə bağlılığı yoxdur.
Aytən Novruz
Musavat.com