Əməkdar artist Aygün Hümmətovanın ilk mahnısını Cavanşir Quliyev yazıb.
Musavat.com xəbər verir ki, bəstəkar bu barədə sosial media hesabında paylaşım edib.
"Dağlar" mahnısının sözləri Nahid Hacızadəyə məxsusdur. İlk dəfə 1993-cü ildə təqdim olunan bu mahnı A.Hümmətovanın (Bəylər) tele-efirdə oxuduğu ilk mahnıdır. Nəğmə 1993-cü ildə Aztv-nin keçirdiyi vətənpərvərlik mahnıları müsabiqəsində mükafata layiq görülüb. Buna görə də oktyabr ayında keçirilən təntənəli çəkilişlərdə Aygünün ifasında lentə alınıb və eyni ayda Aztv- nin efirində yayımlanıb.
Nigar HƏSƏNLİ,
Musavat.com