Aygün Bəylərin dəfn yeri və saatı barədə AÇIQLAMA

Aygün Hümmətovanın (Bəylər) dəfn yeri və saatı ən yaxın müddətdə açıqlanacaq.

Bu barədə Musavat.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Əməkdar artist uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən vəfat edib. Müğənni Ankaraya müalicə üçün getmişdi.

Aygün Bəylərin nəşinin ölkəyə gətirilib-gətirilmədiyi bilinmir.

Aytən Novruz
Musavat.com

07.01.2024 10:15
4373