İranın ali dini lideri Ayətullah Əli Xameneinin fikirlərini Azərbaycan dilində yayan Khamenei.ir portalının Azərbaycan xidmətinin X platformasındakı səhifəsi müvəqqəti olaraq bloklanıb və bir gün sonra bərpa edilib.
Musavat.com İRNA-ya istinadən xəbər verir ki, hesab bərpa edildikdən sonra onun bütün abunəçiləri şirkət X tərəfindən silinib.
Bildirilir ki, bloklama naməlum səbəblərdən həyata keçirilib.
Khamenei.ir internet portalının https://x.com/az_Khamenei ünvanındakı Azərbaycan xidməti 2022-ci ildə dünyadakı azərbaycanlı müsəlmanların dini liderin çıxış və fikirlərini yaymaq üçün yaradılıb.
Musavat.com