Aydın Mirzəzadə: “Onların adının parlamentdə səslənməsinin səbəbini başa düşə bilmirəm”

Deputat Aydın Mirzəzadə Milli Məclisdə çıxış edərkən bəzi həmkarlarının ayrı-ayrı partiyaların rəhbərləri barədə səsləndirdiyi fikirlərə reaksiya verib.

Musavat.com xəbər verir ki, YAP-çı deputat həmin partiyaların sədrlərinin adlarının plenar iclaslarda çəkilməsinə etirazını bildirib:

“Seçicinin qarşısına çıxa bilməyən partiya rəhbərinin adını vaxtaşırı burada səsləndirməyə nə ehtiyac var? O şəxslər heç bir qüvvəyə malik deyillər”.

A.Mirzəzadənin sözlərinə görə, o qüvvələrdən, o şəxslərdən danışmaq lazımdır ki, onlar doğrudan da real qüvvədir:

“Açığını deyim ki, heç bir ehtiyac olmadan kimlərinsə adının parlamentdə səslənməsinin səbəbini başa düşə bilmirəm”.

E.Paşasoy,
Musavat.com

22.10.2024 15:24
465