Müğənni Ayaz Babayev də terror aktı törədilən “Crocus City Hall”da olub.
Musavat.com bildirir ki, müğənni bu barədə sosial şəbəkədə məlumat yayıb:
“Hamı narahatdır. Lakin çox şükür, bizdə salamatlıqdır. Həqiqətən, pis hadisə idi. Panikanı izah edə bilmərəm. Hamımızı çölə çıxartdılar. Bizim maşınımız orada qalmışdı, ona görə yenidən qayıtmalı olduq. Həyatımın şokunu yaşadım”.
Xalidə Gəray
Musavat.com