İstanbulun məşhur Ayasofya məscidində axşam namazından sonra baş verən yanğına cəhd böyük çaxnaşmaya səbəb olub.
Musavat.com xəbər verir ki, qırmızı papaqlı bir şəxs kürsü arxasına keçərək kağızları yandırıb.
Yanğın camaat tərəfindən vaxtında fərq edilərək söndürülüb.
Hadisə namazdan sonra məsciddə camaatın getdiyi bir vaxtda qeydə alınıb. Şəxsiyyəti hələ müəyyən edilməmiş və xarici vətəndaş olduğu ehtimal edilən şübhəli, kürsü arxasında tez alışan kağızlarla kiçik yanğın törədib.
Yanğını görən qadın dərhal imama xəbər verib. Camaatdan biri isə vaxtında müdaxilə edərək alovun xalçaya yayılmasının qarşısını alıb.
Hadisə yerinə çağırılan təhlükəsizlik qüvvələri məsciddə araşdırmalara başlayıb. Polis şübhəlinin tutulması üçün genişmiqyaslı əməliyyata start verib.
Musavat.com