Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi ilə əlaqədar səsvermə prosesinə start verilib.
Musavat.com xəbər verir ki, Bakı şəhəri N.Nərimanov rayonundakı seçki məntəqələridən birində lentə alınan foto marağa səbəb olub.
Belə ki, görüntüdə səhhətində problem olan seçki məntəqəsinin sədrinin seçki prosesində iştirak etməsi əks olunub.
O ayağından xəsarət alsa da, bu vəziyyəti ilə iş başında olub.
Sözügedən foot sosial şəbəkələrdə yayılıb.
Şəkil 19 saylı Nərimanov birinci seçki dairəsinin 14 saylı seçki məntəqəsində lentə alınıb.
Xatırladaq ki, növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 12:00-a olan seçici fəallığı açıqlanıb. Saat 12.00-a qədər respublika üzrə 2499033 nəfər səs verib. Seçici fəallığı 38,57 faiz olub. Hesabat vermiş məntəqələrin sayı 6499-dür.