"Ayağıma "tok" verirdilər..." - Aqşin və Hüseyn əsirlikdə yaşadıqlarından danışdı (VİDEO)

Xəbər verdiyimiz kimi, ötən gün hərbçilərimiz Aqşin Bəbirov və Hüseyn Axundov Ermənistan əsirliyindən azad edilib.

Musavat.com xəbər verir ki, Aqşin Bəbirov və Hüseyn Axundov AzTV-yə əsirlikdə yaşadıqlarından danışıb.

"Yemək verirdilər, amma verməsələr ondan yaxşı idi. Ailəm üçün çox darıxmışdım. Mən geri dönəcəyimə inanırdım",-deyə Hüseyn Axundov bildirib.

Aqşin Bəbirov isə bildirib ki, ayağında və qabırğalarında narahatlıqlar var:

“Ayağıma ​“tok” veriblər. İndi revmatizm var, amma normaldır. Şükür, özümü idarə edə bilirəm. Qabırğalarımda da əzilmələr var. Bacardığımız qədər yaxşı olmağa çalışırıq”,-deyə Aqşin Bəbirov bildirib.

Sözügedən görüntüləri təqdim edirik:

Musavat.com

14.12.2023 11:59
2845