Avtoşluq edərək sosial şəbəkədə paylaşan şəxs saxlanıldı

İdarə etdiyi "Land Rover Velar" markalı avtomobillə yol hərəkət qaydasını pozaraq sosial şəbəkə hesabında paylaşan Quluzadə Afət Əhməd qızı saxlanılıb.

Bu barədə Musavat.com-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

O, izahatında törətdiyi əməldən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.

A.Quluzadə barəsində inzibati protokol tərtib edilib.

20.02.2024 14:53
395