Maşın satırsan? İşə düzəlmək istəyirsən? Yaxşı. Bəs bank kartı məlumatlarını tanımadığın şəxsə niyə verəsən ki?
Musavat.com bildirir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkədə qeyd edib.
"Nəticədə işə düzəltmək adı ilə bir vətəndaşın 7480, maşın satmaq istəyən başqa bir şəxsin 5000 manat pulunu naməlum nömrələrdən daxil olan zənglər vasitəsilə talayıblar. Onlar 16 rəqəmdən əlavə digər məlumatları qarşı tərəfə verib, pulun çıxarılmasını təsdiq ediblər. Bundan başqa, dünən də ayrı-ayrı vətəndaşlara məxsus 500, 890, 1480, 1000, 3750, 644, 1302, 4229, 295, 340, 364, 2383, 1074, 330, 1497, 200, 110 manat pullar eyni üsulla - bank kartı məlumatları verilməklə, yazılmaqla, göndərilməklə talanıb" - o qeyd edib.
Musavat.com