Avtomobilindən 20 min manat oğurlandı

Oğuzda avtomobildən 20 min manat oğurlayan şəxs saxlanılıb.

Musavat.com xəbər verir ki, Oğuz RPŞ-yə müraciət edən rayon sakini "Nissan" markalı avtomobilindən 20 min manat pulunun oğurlandığını bildirib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən N.Rəfiyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

08.08.2024 16:27
285