Avtomobili qaçırdı, rayon ərazisində qoyub qaçdı, sonra isə…

Göyçay şəhər sakini ona məxsus minik avtomobilinin yaşadığı evin qarşısından qaçırılması barədə polisə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Rəşad Abdullayev saxlanılıb. Qaçırdığı avtomobil isə rayon ərazisində tərk edilmiş vəziyyətdə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

11.08.2024 14:35
514