Hərəkət iştirakçıları arasında haqlı narazılıq doğuran, eləcə də əhali arasında kəskin qınaq obyektinə çevrilən kobud qayda pozuntularından biri kimi avtomobillərin dövlət qeydiyyat nişanları olmadan idarə edilməsi hallarına qarşı aparılan mübarizə tədbirləri davam etdirilir.
Növbəti tədbir zamanı Baş DYP İdarəsinin əməkdaşları tərəfindən nömrə nişanları olmadan idarə olunan nəqliyyat vasitəsi saxlanılıb, araşdırma zamanı avtomobili idarə edən əlilliyi olan şəxs - Kamran Zeynalovun sürücülük hüququnun olmadığı müəyyən edilib.
Yol verdiyi qayda pozuntularının mahiyyəti və doğura biləcəyi xoşagəlməz nəticələr barədə K.Zeynalovla izahedici söhbətlər aparılıb, aşkar edilmiş fakta bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.