Avtomobil mühərrikinin sıradan çıxmasına səbəb olan səhvlər AÇIQLANDI

Avtomobil mühərrikini tez sıradan çıxaran dörd səhv mövcuddur.

Bu barədə "Rossiyskaya Qazeta" avtomobil eksperti Yuliya Truşkovaya istinadən məlumat yayıb.

Belə ki, bunlar yanacağa, qızdırma vaxtına və servisə (baxış olmadan sadəcə yağın dəyişdirilməsi), sərfiyyat materiallarına və ya dəyişdirmə tezliyinə qənaətdir. Bütün bunlar birbaşa avtomobil mühərrikinin xidmət müddətinin azalmasına və maşının planlaşdırılmamış təmiri zamanı xərclərin artmasına təsir edir.

Onun sözlərinə görə, düzgün yanaşma ilə istehsalçı tərəfindən nəzərdə tutulmuş güc aqreqatının resursuna əmin olmaq olar. Bu, adətən 180 000 kilometr təşkil edir.//Oxu.az

30.10.2024 15:07
781