Avtomobil kafeyə çırpılıb, 3 nəfər xəsarət alıb

Biləsuvarda yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Aranlı kəndində qeydə alınıb.

Hərəkətdə olan "Niva" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kafeyə çırpılıb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.//APA

25.07.2024 01:21
570