Avtomobil atəşə tutuldu - 3 nəfər həlak oldu- VİDEO

İsrail mətbuatının məlumatına görə, bazar günü, sentyabrın 1-i səhər Hebronun şimalında terror aktı həyata keçirilib, nəticədə iki kişi və bir qadın həlak olub.

Musavat.com-un məlumatına görə təhlükəsizlik xidmətlərinin bildirdiyinə görə, terrora məruz qalanların avtomobilinə qarşıdan keçən avtomobildən atəş açılıb.

Terrorçular avtomobillərini hadisə yerində qoyub qaçıblar. Müvafiq güc strukturlarının əməkdaşları terrorçuları axtarır. 

01.09.2024 12:20
1494