Avtobusda qorxu dolu anlar - sürücü sükan arxasında... - VİDEO

Malatya-İzmir marşrutu ilə hərəkət edən şirkətə məxsus 25 sərnişini olan avtobusun sürücüsü sükan arxasında olarkən infarkt keçirib.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, vəziyyəti görən ikinci sürücünün müdaxiləsi ilə avtomobil yol kənarına çıxarılıb.

Digər tərəfdən infarkt keçirən sürücü xəstəxanada dünyasını dəyişib.

Bu anlar avtobusun təhlükəsizlik kamerasına düşüb.

21.11.2023 16:11
962