Avtobusda doğdu, İmamoğlu bir ömür unutmayacağı hədiyyə verdi - VİDEO

Xəstəxanaya getmək üçün avtobusa minən hamilə qadın avtobusda uşaq dünyaya gətirib.

Anidən sancıları başlayan Hanife Mete adlı qadın yoldaca uğurlu doğuş həyata keçirib.

Qadın uşağı dünyaya gətirərkən əri də yanında olub.

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu avtobusda doğulan uşağa ömür boyu unutmayacağı hədiyyə verib. Belə ki, o, ömürlük pulsuz gediş haqqı qazanıb.

Qeyd edək ki, bir neçə həftə əvvəl buna bənzər hədiyyə Belçikada doğulan körpəyə verilmişdi.|milli.az

17.10.2024 11:35
1014