Dünən gecə İstanbulda bir nəfər yol vermə məsələsinə görə avtobus sürücüsünü bıçaqlayıb.
Musavat.com xəbər verir ki, hadisə ilə bağlı yayılan təhlükəsizlik kamerası görüntülərində sürücünün bıçaqlandığı və təcavüzkarların qaçdığı anlar əks olunub.
Xəbər verildikdən sonra hadisə yerinə polis və təcili yardım göndərilib. Ağır yaralanan Murat Kanık təcili yardımla xəstəxanaya aparılıb. Qaçan hücumçular polis tərəfindən yaxalanıb. Polis tərəfindən yaxalanan şəxs haqqında araşdırma başladılıb.
Sözügedən hadisənin görüntülərini təqdim edirik:
Musavat.com