Avtobus 8 yaşlı uşağı VURDU

Bakıda marşrut avtobusu 8 yaşlı uşağı vurub.

Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü Asdan Hüseynovun idarə etdiyi "İsuzu" markalı marşrut avtobusu velosipedlə hərəkətdə olan 2016-cı il təvəllüdlü Nicat Quliyevi vurub. Velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.//Report

17.09.2024 09:48
288