Avstraliyada özəl təyyarə qəzaya uğrayıb, ölənlər var

Avstraliyanın şərq sahilyanı bölgəsində, Kvinslend ştatının şimalında, kiçik özəl təyyarənin qəzaya uğraması sonucunda iki nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Bildirilib ki, ölənlər 73 yaşlı kişi və onun 75 yaşlı həyat yoldaşıdır.

Hadisənin səbəbi bəlli deyil, polis əməkdaşları və Milli Nəqliyyat Təhlükəsizliyi İdarəsinin müstəntiqləri qəza yerində işləyirlər.

29.10.2023 14:39
318