Avstraliyada 70 balina özünü sahilə atıb

Avstraliyada 70 balina özünü sahilə atıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hadisə dünən günortadan sonra Olbanidən 60 km şərqdə, Qərbi Avstraliyadakı Çeyns çimərliyində baş verib, balina sürüsü özünü sahilə atıb. Vəhşi təbiətin qoruyucu orqanları balinaları xilas etmək üçün təcili tədbirlərə başlayıb.

Xilasetmə işləri ilə əlaqədar olaraq Biomüxtəlifliyin Qorunması Departamenti yardım etmək istəyən ictimaiyyət nümayəndələrini balinalardan uzaq durmağa çağırıb.

“Biz hazırda ictimaiyyətin narahatlığını başa düşürük və könüllülərin dəstək təkliflərini yüksək qiymətləndiririk. Bununla belə, ictimaiyyətin və balinaların təhlükəsizliyi bizim əsas prioritetimizdir, ona görə də ictimaiyyət üzvlərindən çimərlikdən uzaq durmalarını xahiş edirik”, - departament sözçüsü deyib.

Qeyd edək ki, Avstraliyada və Okeaniiyada belə hadisələr tez-tez baş verir. Balinaların kütləvi şəkildə intihara cəhdləri barədə bioloq alimlər müxtəlif fərziyyələri var.

Musavat.com

 

26.07.2023 18:21
376