Avrozonada iqtisadi artımla bağlı pessimist proqnoz 

Avropa Komissiyası 2024-cü il üçün avrozonada iqtisadi artım tempinə dair proqnozunu azaldıb.

Musavat.com Komissiyanın açıqlamasına istinadən xəbər verir ki, Avrozonada iqtisadi artım proqnozu payızdakı 1,2 faizdən 0.8 faizədək endirilib.

2025-ci ildə Avropa Komissiyası 1,4 faiz artım gözləyir, halbuki 6 ay əvvəl gözlənti 1,6 faiz idi. AK bu ilin ikinci rübündə texniki tənəzzülün başa çatdığını və zonanın iqtisadi artıma qayıtdığını qeyd edib. Aİ-nin bütün 27 ölkəsi üçün Avropa Komissiyası 2024-cü ildə 1 faiz, 2025-ci ildə isə 1,6 faiz artım gözləyir.

Məlumatda qeyd olunur ki, Aİ-də işsizlik səviyyəsi rekord aşağı səviyyədə - 6 faizdir, inflyasiya 2024 və 2025-ci illərdə müvafiq olaraq 2,7 faiz və 2,2 faizə düşəcək.

Musavat.com

15.05.2024 15:33
621