Avrozonada iqtisadi artım səviyyəsi açıqlandı

2024-cü ilin ikinci rübündə Avrozonada iqtisadi artım əvvəlki üç ayla müqayisədə 0,3 faiz olub.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Avropa İttifaqının statistika idarəsinin (Eurostat) yekun hesabatında yer alıb.

İllik ifadədə avrozonanın iqtisadiyyatı 0,6 faiz artıb.

Hər iki göstəricinin dinamikası Trading Economics tərəfindən sorğuda iştirak edən ekspertlərin ilkin məlumatları və gözləntiləri ilə üst-üstə düşüb.

Birinci rübdə avrozona iqtisadiyyatı əvvəlki üç ayla müqayisədə 0,3 faiz, illik ifadədə isə 0,5 faiz artıb.

İkinci rübdə Almaniyanın ÜDM-i əvvəlki rüblə müqayisədə 0,1 faiz azalıb, Fransa - 0,3 faiz, İtaliya - 0,2 faiz, İspaniya - 0,8 faiz artıb.

Aİ iqtisadiyyatı aprel-iyun aylarında rüblük olaraq 0,3 faiz, illik ifadədə isə 0,8 faiz artıb.

Musavat.com

14.08.2024 21:00
348