Ötən ilin 3-cü rübündə Avrozonaya daxil olan 20 ölkənin ümumi dövlət borcu 2023-cü ilin üçüncü rübünün sonunda ÜDM-in 89,9 faizinə bərabər olub.
Musavat.com xəbər verir ki, Avropa İttifaqının statistika idarəsinin məlumatına görə, bu göstərici ikinci rübdə ÜDM-in 90,3 faizini, bir il əvvəl isə 92,2 faizini təşkil edib.
Üçüncü rübdə dövlət borcunun ən yüksək səviyyəsi Yunanıstanda qeydə alınıb - ÜDM-in 165,5 faizi həcmində. Bu göstərici 2023-cü ilin iyununda 167,1 faiz, 2022-ci ilin sentyabrında 177,5 faiz olub.
Öhdəliklərin həcminə görə sonrakı yerlərdə İtaliya (ÜDM-in 140,6 faizi), Fransa (111,9 faizi), İspaniya (109,8 faizi), Belçika (108 faizi) və Portuqaliya (107,5 faizi) gəlir.
Ən aşağı göstəricilər Estoniya (ÜDM-in 18,2 faizi), Bolqarıstan (21 faizi), Lüksemburq (25,7 faizi), İsveç (29,7 faizi) və Danimarkada (30,1 faizi) qeydə alınıb.
Musavat.com