“Avroviziya”nın Britaniyada keçiriləcəyi təsdiqləndi

“Avroviziya” mahnı müsabiqəsinin 2023-cü ildə Böyük Britaniyada keçirilməsi təsdiq olunub.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa Yayım Birliyi yayıb.

Məlumata görə, Ukrayna birbaşa olaraq finalda iştirak edəcək.

Müsabiqənin təşkili ilə isə “BBC” məşğul olacaq.

Xatırladaq ki, gələn il “Avroviziya” mahnı müsabiqəsi Ukraynada keçirilməli olsa da, Avropa Yayım Birliyi tədbirin başqa ölkədə baş tutmasına dair qərar verib.

25.07.2022 15:39
406