“Avroviziya-2024”ün qalibi isveçrəli Nemo müsabiqənin bağlanış çıxışında qazandığı şüşə mikrofonu səhnədəcə sındırıb.
Hadisəni canlı yayımda da izləmək mümkün olub.
Qeyd edək ki, 2008-ci ildən etibarən təşkilatçılar hər bir “Avroviziya” qalibini özgün şüşə mikrofonla mükafatlandırırlar. Mükafatı ilk sındıran isə 2009-cu ildə norveçli Aleksandr Rıbak olub, 2013-cü ildə isə eyni hadisə ilə Danimarka təmsilçisi də üzləşib./lent.az