Avropanın yeraltı anbarlarında qaz ehtiyatları 91 faizi keçib.
Musavat.com "Gas Infrastructure Europe"nin məlumatına istinadən xəbər verir ki, anbarlarda 100 milyard kubmetrdən çox qaz var.
Avqustun 24-də Aİ ölkələrindəki anbarlara 315 milyon kubmetr qaz vurulub, onlarda 12 milyon kubmetr qaz götürülüb.
Hazırda Avropanın anbarları 91,22 faiz doludur (son beş il ərzində bu tarix üçün orta göstəricidən 7,86 faiz bəndi yüksək), onlarda 100,54 milyard kubmetr qaz var.
Avqustda külək enerjisinin AB elektrik enerjisi istehsalındakı payı 13 faizə düşüb.
İyul ayında terminallardan Avropa qaz nəqli sisteminə mayeləşdirilmiş təbii qazın ümumi daxilolmaları 2021-ci ilin noyabr ayından bəri ən aşağı həddə çatıb, avqustda isə azalma tendensiyası davam edir.
Hazırda maye qazın yenidən qazlaşdırılması və daha sonra Avropa boru kəmərlərinə vurulması gücü maksimumun 30 faizi ilə yüklənir. İyulda Avropada qazın orta alış qiyməti 1 min kubmetr üçün 366 dollar təşkil edib, avqustda isə 435 dollara yüksəlib.
Musavat.com