Avropa qaz bazarında yeni böyük, ciddi oyunçu peyda olub.
Musavat.com xəbər verir ki, bu məlumatla "Qazprom"un rəhbəri Aleksey Miller Sankt-Peterburq Beynəlxalq Qaz Forumunda çıxış edib. Onun sözlərinə görə, söhbət spekulyativ kapitaldan gedir: “Yeni oyun qaydaları, yeni ticarət alqoritmləri yaranıb. Bu gün Avropa investisiya fondları ayrı-ayrı mövqelərdə 25 milyard kubmetr qaz saxlayır ki, bu da Avropa İttifaqının yeraltı anbarlarına vurulan bütün qazın dörddə birinə bərabərdir. Lakin bu, son istehlakçı deyil, bu, spekulyativ oyunçudur və biz artıq bu oyunçunun qiymətlərin formalaşmasına və yüksək volatilliyinə çox, çox güclü təsir göstərdiyini göstərən çox aydın vəziyyətlər görürük”.
Miller sövdələşməni və ya şirkəti açıqlanmayan son bir hadisəni qeyd edib: “Məlumat yayılır ki, çox böyük bir müqavilə bağlanıb və bu məlumat bazarda əvvəllər heç vaxt qeydə almadığımız qiymət dəyişikliklərinə gətirib çıxarır - 21 dəqiqə ərzində qazın qiymətləri 12 faiz yüksəlir. Lakin ertəsi günkü sessiyada qiymətlər əvvəlki səviyyəyə qayıdır, çünki belə bir əməliyyatın baş verdiyinə dair təkzib var”.
“Qazprom” rəhbəri qeyd edib ki, hazırda Avropada qazın qiymətində “tamamilə əsaslı olaraq aşağı amillərlə” artım müşahidə olunur - qaza tələbatın azalması, yeraltı qaz anbarlarına yüksək qaz vurulması: "Biz bazarda volatilliyin sürətli artımını müşahidə edirik”.
O, hazırda ilin sonuna çatılan bir dövrdə Avropada qazın orta illik qiymətinin 2016-2020-ci illər üçün orta qiymətdən 2 dəfə yüksək olduğunu qeyd edərək, bazarda volatilliyin daha da artacağını proqnozlaşdırıb.
Musavat.com