Avropanın qaz anbarları 72,5 faiz dolub

İyunun 12-də Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarına 222 milyon kubmetr qaz vurulub.

Musavat.com "Gas Infrastructure Europe"nin məlumatına istinadən xəbər verir ki, gün ərzində anbarlardan 25 milyon kubmetr qaz götürülüb.

Nəticədə Aİ anbarlarında 72,5 faizlik dolum səviyyəsi təmin edilib. Hazırda anbarlarda 79,5 milyard kubmetr qaz var ki, bu da son 5 il ərzində bu tarix üçün orta göstəricidən 10,87 faiz bəndi yüksəkdir.
İyun ayında Aİ-nin elektrik enerjisi istehsalında külək enerjisinin payı cəmi 13 faiz təşkil edir.

İyun ayında terminallardan Avropa qaz nəqli sisteminə mayeləşdirilmiş təbii qazın ümumi daxilolmaları əvvəlki ayla müqayisədə azalıb. Hazırda maye qazın yenidən qazlaşdırılması və onun Avropa boru kəmərlərinə daha da vurulması gücü maksimumun 40 faizi ilə yüklənir. Avropada iyunda qazın orta alış qiyməti 1 min kubmetr üçün 386 dollar təşkil edir.

Musavat.com

14.06.2024 13:24
474