Niderland Avropanın ən böyük yatağı olan "Qroningen"də qaz hasilatını dayandırıb.
Musavat.com xəbər verir ki, bu barədə oktyabrın 1-də “De Telegraaf” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, yerli vaxtla səhər saat altıda qazın verilişi dayandırılıb. Bununla belə, soyuq qış olacağı təqdirdə, yataqda hasilat 2024-cü ildə bərpa oluna bilər. Belə olan halda hakimiyyət Niderland xalqının etirazını gözləyir.
Məlumata görə, "Qroningen" yatağında qaz hasilatı 1963-cü ildə başlayıb. 60 illik yataq Qərbi Avropa üçün əsas qaz mənbəyi, Niderland büdcəsinin isə əsas gəlir mənbəyi idi. Qeyd edək ki, qaz hasilatı ilə əlaqədar yatağın yerləşdiyi ərazidə mütəmadi olaraq zəlzələlər baş verir. Yaxın 30 il ərzində buna görə zərər çəkmiş ölkə sakinlərinə ümumilikdə 22 milyard avro məbləğində təzminat ödənilməsi planlaşdırılır.
Musavat.com